11.09.2014- Bu günün hava proqnozu

11.09.2014- Bu günün hava proqnozuSentyabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

"AzerTaym.az" AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecəyə doğru havanın tutulacağı gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s, günün ikinci yarısında 8-13 m/s-dək mülayimləşəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 28-33° isti olacağı gözlənilir.

Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 40-50 faiz, axşam və gecə 75-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən yağmursuz olacaq.

Havanın temperaturunun gecə 13-18°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-24°, gündüz 29-34°, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.






Fikirlər