Bakı avtovağzalı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə QAYTARILDI

Bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Bu barədə "APA-Economics"ə kompleksdəki mənbə bildirib.

"Bir müddət öncə kompleks ölkə başçısının İşlər İdarəsinin balansına verilmişdi. Bu gündən etibarən isə kompleks Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərəcək", - deyə mənbə qeyd edib.

 Faktı nazirlikdəki mənbə də təsdiqləyib: "Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb".

 Qeyd edək ki, fevralın 13-də ölkə başçısının imzaladığı sərəncama əsasən Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Sərəncama əsasən kompleks yeni yaradılan nazirliyin nəzdində fəaliyyətini davam etdirir.

AzerTaym.az






Fikirlər