07.03.2014. - AZƏRBAYCANDA NAZİRLİK LƏĞV OLUNDU
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Prezident İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bağlı sərəncam verib.
Sərəncama əsasən, yeni nazirlik fəaliyyə başlayıb. Belə ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Sərəncama uyğun olaraq Əli Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.