Elçin Sadıqov Kürdəxanı təcridxanasının rəisini məhkəməyə VERİB

elcin sadiqov

AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov adları çəkilən şəxslərin də saxlandığı 1 saylı Bakı istintaq təcridxanasının rəisi Rəşid Səfərovu məhkəməyə verib.

Vəkil bu gün Sabunçu Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərib ki, təcridxana rəhbərliyi Gözəl Bayramlı və Əfqan Muxtarlıya onunla görüşə icazə verməməklə, onların müdafiə hüququnu pozub.

Xatırladaq ki, Elçin Sadıqov iyunun 5-də səhər saatlarında Kürdəxanı təcridxanasına gedərək, hüquqlarını müdafiə etdiyi Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşmək istəyib. Lakin vəkilə müvəkkillərinin heç biri ilə görüşməyə imkan verilməyib. Elçin Sadıqovu təcridxananın rəis müavini qəbul etsə də, Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə gürüşməsinə şərait yaratmayıb.

Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına da Kürdəxanı təcridxanasında Əfqan Muxtarlı ilə görüşməyə icazə verilməmişdi.(Xural.com)

 






Fikirlər