Aynur Camalqızının məşhur üzüyü oğurlandı...

Aynur Camalqızının məşhur üzüyü oğurlandı..."Teleqraf Holdinq"in rəhbəri, sabiq millət vəkili Aynur Camalqızı üzüyünü itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Camalqızı facebook hesabında yazıb.
Onun sözlərinə görə, paytaxt restoranlarından birində əllərini yuduqdan sonra su kranının yanında unutduğu üzüyünü götürmək üçün qayıtsa da, onu yerində tapa bilməyib:

“Mənəvi dəyəri çox-çox qiymətli olan üzüyumu çıxarıb su kranının kənarına qoydum. Əllərimi quruladıqdan sonra üzüyü götürməyi unutdum və geri qayıdaraq rəfiqələrimlə birgə kafeni tərk etdim. Təxminən 3 dəqiqə sonra üzüyümü tualetdə qoyduğumu xatırlayaraq tələm-tələsik geri qayıtdıq. Üzük yox idi. Restoranın güvənliyini çağırdıq. 102 xidmətinə zəng etdim. Dərhal polislər gəldilər. Kamera ilə baş verənlər araşdırıldı və məlum oldu ki, məndən sonra kafedə olan bir qadın ayaqyoluna girib. Və mən restorana qayıdanda o, ayaqyolundan yenicə çıxıb yerində əyləşibmiş. Bizi görəndən sonra hesabı ödəyib yanındakı qızla oranı tərk edib. Polis hadisəni araşdırır və oğrunun tapılacağına şübhəm yoxdur. Amma məni bilirsiz nə narahat edir və düşündürür? O oğru qadının əlində "Dior" çanta vardı və o çantanın 4000 manat qiyməti var”.

Qeyd edək ki, Aynur Camalqızı itirdiyi üzüyün onun üçün xüsusi anlam kəsb etdiyini qeyd edib.

P.S. Bu yerdə adamın yadına lap "Bəxt Üzüyü" filmi düşür.Amma heç olmasa orda üzüyü "subaşında" yox,su krantının başında unutmuşdular.....






Fikirlər