13.01.2014. - Baş redaktorlar bir-birini oğurluqda suçlayır
Belə ki, A.Camalqızı azadinform.az-ı “Uğurun sirri” layihəsini oğurlamaqda ittiham edib. A.Camalqızı “Uğurun sirri” layihəsinin bir neçə ay əvvəl düşündüklərini və həyata keçirməyi planlaşdırdıqlarını deyib. Hətta bu layihəni sosial şəbəkələrdə müzakirəyə çıxardıqlarını da vurğulayıb.
Buna cavab olaraq isə N.Niftiyev deyib ki, bu layihə sırf azadinform.az saytına məxsusdur. N.Fiftiyev qeyd edib ki, hörmətli xanım baş redaktorlarımızdan Aynur Camalqızı azadinform-da 2 aydan çoxdur davam edən “Uğurun sirri” layihəsinin oğurluq olduğunu iddia edir: “Bir sözlə, bizi oğurluqda ittiham edir. Guya ki, hörmətli xanım həmkarımız bu layihəni nə vaxtsa və kiminləsə facebookda müzakirə edib. Nə vaxtsa”.
N.Niftiyevin sözlərinə görə, bu layihə sırf azadinform.az-ın məhsuludur: “Müəllifi gənc və istedadlı həmkarımız, hazırda Şimali Kiprdə təhsil alan Cəfər Mənsimi tərəfindən 2013-cü ilin 28 oktyabrından azadinform.az-da, ilk müsahibi də Rəşad Məcid olmaqla başlayıb. Bu günədək isə Cəfərin aralarında Şimali Kipr prezidenti Dərviş Əroğlu olmaqla 22 müsahibi olub. Hər bir müsahib “Uğurun sirri”ni həm öz səhifələrindən, həm Cəfər öz səhifəsindən, həm də azadinform-un facebook səhifəsindən paylaşmışıq. Düşünürəm ki, bu arayışdan sonra əlavə şərhə ehtiyac görmürəm. Nədən ki, biz oğru deyilik”.
Qeyd edək ki, N.Niftiyev “Uğurun sirri” layihəsində A.Camalqızının da müsahib kimi nəzərdə tutulduğunu qeyd edib.