Ayaqqabı qutularından çıxan 4.5 milyonun sirri...

 Ayaqqabı qutularından çıxan 4.5 milyonun sirri...İstanbul prokurorluğunun icra etdiyi sui-istifadə və rüşvət istintaqı daxilində nəzarətə alınan "Xalq bank"ın baş direktoru Süleyman Aslan evində ayaqqabı qutuları içində saxladığı 4.5 milyon dollarla bağlı prokurora verdiyi ifadədə "O pullar məktəb tikmək üçün toplanan ianə pullarıdır" deyib.
Süleyman Aslan İstanbul polis idarəsindəki əməliyyatların ardından Çağlayandaki İstanbul məhkəməsinə aparılıb. Təhqiqatı aparan prokurorlar Süleyman Aslana evində ayaqqabı qutuları içərisində olan dollarlarla əlaqədar soruşublar. Aslan ifadəsində evindən çıxan 4.5 milyon dolların hamısının ianədən toplanan pullar olduğunu bildirərək əlavə edib: "Bu pullar Makedoniyada Balkan universiteti və Osmancıkda vaiz liseyinin açılması üçün istifadə ediləcək. Yardımsevər insanlardan toplanan paralardır və bunları oralara göndərəcəkdim.
S.Aslanın vəkili Ersan Şen deyib: "Süleyman bəy ifadəsini verdi və bu pulların hamısı ianə pulları olduğunu dedi. Bunların dəlillərini prokurorluğa təqdim etdik. bir qorxumuz
yoxdur".






Fikirlər