Qarmon ifaçısı Aslan İlyasov vəfat etdi- YENİLƏNİB

Qarmon ifaçısı Aslan İlyasov vəfat etdi- YENİLƏNİBAzNews.az xəbər verir ki, məşhur qarmon ifaçısı Aslan İlyasov dünyasını dəyişdi. Mərhumun oğlu saytımıza açıqlamasında bildirdi ki, "Atam rəhmətə getdi, onu həyata qaytara bilmədik”.

***
11:20
“Atam ağır xəstədir. Həkim deyib ki, aparın evə, bir –iki günlük qonaqdır. Hər saatı ölümə yaxınlaşır. Kaş ki, o anları dəyişə biləydik. Amma gücsüzük. Xəstəlik onun içini yeyib”.


Bunu AzNews.az-a istedadlı sənətkar, qarmon ifaçısı, hazırda xəstə olan Aslan İlyasovun oğlu Aslan İlyasov deyib.

A.İlyasov deyir ki, atası bütün gün ölməməsi üçün Allaha dua edir:

“Deyir ki, ay Allah, ölürəm. Allah mənə rəhmət eləsin. Nə olar, yalvarıram, məni ölməyə qoymayın. Amma daha olan olub. Başının üstündəyik. İstəmirik onu itirək. Nə yaxşı k, atam 65 illik yubileyini keçirdi. Onun yaddaşında qalan elə bu oldu.

Yenə sağ olsun, Salyan rayon İcra Hakimiyyətinin başcısını, bizə həmişə əl tutub. Atamın müalicəsinə yardımçı olublar. Amma neçə gündür ki, atam canı ilə döyüşür. Sənət adamlarından biri də, özünün tay-tuşları onun qapısını belə açmayıb, əhvalı ilə maraqlanmayıb.

Bilirlər ki, Aslan İlyasov köçür bu həyatdan. Atama baş çəkənlər bunlardır-Ənvər Sadıqov və Sadıq Zərbəliyev... Vəssalam”.

Xatırladaq ki, sənətkar qaraciyər serrozu və bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkir.






Fikirlər