Gənc müğənninin Xırdalandakı mənzildə meyiti tapılıb
Hadisə ilə bağlı İdrakın qardaşı bildirib: “Hələ də şokdayıq. Necə oldu bu hadisə? İdrakı Lənkəranda dəfn etdik, atasının yanında. Bir il bundan qabaq atamızı da maşın vurdu, bu nə bəladır? İnanın, çox çətindir. Bu hadisəni Bakıda yaşayan qardaşlarım ilk olaraq rayona – bizə xəbər verdilər. İdrak Xırdalanda kirayədə qalırdı, çox sevirdi sənətini. Bütün günü mahnılar yazırdı. Allahın qismətidir, arzusu ürəyində qaldı. Bu gün isə üç mərasimi idi. Sevdiyi qız var idi, 28 yaşında subay olaraq dünyasını dəyişdi. Allah rəhmət eləsin”.
Xatırladaq ki, İdrak vaxtı ilə “Toy olsun”un iştirakçısı olub.