27.07.2014- "Sevil " massifinin rəhbəri İŞİD-çi çıxdı

27.07.2014- "Sevil " massifinin rəhbəri İŞİD-çi çıxdıİŞİD "Sevil"in bank hesabına pul köçürməsi Şok yaradıb

Bir neçə gün əvvəl qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etməkdə ittiham olunan “Sevil Massivi Yaşayış Kompleksi”nin rəhbəri Aynur Zeynalov barəsində şok iddialar ortaya çıxıb.

Daxil olan məlumata görə, el arasında Hacı Aynur kimi tanınan Aynur Zeynalovun həbsinin və ona məxsus şirkətin bağlanmasının əsl səbəbi onun vəhhabi təriqətinə mənsub olması imiş.
Məlumata görə, yaşayış massivi və Hacı Aynurun ətrafında vəhhabi təriqətindən olanlar çoxluq təşkil edib. Hətta yaşayış massivinə gizli şəkildə vəhhabi məscidinin tikintisi də daxil edilib.
Məhz vəhhabi və gizli şəkildə tikilən məscid məsələsi “Sevil Massivi”ndə yoxlamaların aparılmasına zəmin yaradıb. Yoxlamalar zamanı hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin irəli sürdüyü faktlar ortaya çıxıb. A.Zeynalovun həbsi və tikinti kompleksinin fəaliyyətinin dayandırılmasından sonra məscid sökülüb.


Hacı Aynurla bağlı iddia olunan digər məlumatda isə onun İraq və Suriyada terror əməliyyatları aparan İraq Şam İslam Dövləti (İŞİD) ilə əlaqələrinin olmasıdır. Ehtimallara görə, İŞİD-dən onun hesabına külli miqdarda pul köçürülürmüş. “Sevil Massivi”nin ərazisində məscidin tikintisi də məhz vəhhabilər tərəfindən maliyyələşdirilirmiş.

Qeyd edək ki, “Sevil Massivi” MTK-da külli miqdarda vergidən yayınma faktına əsasən Vergilər Nazirliyində cinayət işi başlanıb. Fakt təsdiqləndiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub vergidən yayınmaqda təqsirli bilərək, barələrində həbs-qətimkan tədbiri seçib.






Fikirlər