Bill Qeytsdən dünyaya XƏBƏRDARLIQ: Yaxın 10 ildə insanlığı gözləyən təhlükələr nələrdir? - FOTOLAR

Dünyanın ən varlı insanı Bill Qeyts etdi xeyriyyə yardımları ilə hər zaman diqqət çəkir. Həyat yoldaşı ilə güclərini birləşdirərək Bill və Melinda vəqfi bu il yeni bir layihə hazırlayıb. Layihədə önümüzdəki 10 il ərzində insanların yaşaya biləcəyi problemlər yer alır.

Layihədə dünyada yaşanacaq problemlər arasında daha çox səhiyyə ilə bağlı məlumatlar yer alıb. Bill Qeytsin önümüzdəki 10 il ərzində xüsusilə diqqət etmək lazım olduğunu vurğuladığı xəstəliklər və problemləri sizlərə təqdim edirik.

Uşaq ölümləri

Bill Qeyts müharibə şəratində baş tutan evliliklərdən olan uşaqları və evli qadınları ölümlərdən ciddi şəkildə qorumağın vacibliyini vurğulayır.

Картинки по запросу Çocuk ölümleri

HİV infeksiyası

Uşaq ölümləri ilə yanaşı layihədə önümüzdəki 10 ildə QİÇS-in də böyük problem olacağı qeyd edilir. Bill Qeyts bu xəstəlik üçün xüsusi diqqət və maddi yardımın ayrılacağını qeyd edir.

Похожее изображение

Alzqeymer xəstəliyi

İnkişaf etmiş ölkələrdə daha çox rast gəlinən alzqeymer xəstəliyinə ən çox yoluxanlar ABŞ-dadır. 2050-ci ildə üç qat artacağı da gözlənilir.

Картинки по запросу Альцгеймера

Yüksək hərarət

Bill Qeyts qeyd edir ki, önümüzdəki 10 il ərzində insanlar çox ciddiyə almasalar da yüksək hərarətdən (qızdırma) əziyyət çəkənlərin sayı artacaq.

Картинки по запросу qızdırma

Sətəlcəm

Milyarder bu xəstəliyin də çox ciddiyə alınmadığını və önümüzdəki 10 ildə artacağını deyir. Bill Qeytsin söylədiyinə görə, əsasən ətraf mühitdən qaynaqlanan bu xəstəlik ilə mübarizədə daha çox məsuliyyət  ölkələrin üzərinə düşür.

Картинки по запросу Sətəlcəm

Ürək çatışmamazlığı, xərçəng, vərəm

Xərçəng və vərəmdən ölənlərin sayı son illərdə daha çoxdur. Bill Qeyts qeyd edir ki, bu xəstəliyə qalib gəlməyin önündəki ən böyük əngəl bu xəstəliyin konkret həlli üçün lazımı maliyyə yardımının edilməməsidir.

2000-ci ildən bu yana bir çox insanın əziyyət çəkdiyi vərəm xəstəliyi önümüzdəki illərdə tamamilə sonlana bilər. Bu xəstəlik üçün zaman-zaman maliyyə yardımları edən Bill Qeyts bu xəstəliyin kökünü kəsmək üçün əlindən gələni edəcəyini deyir.

Картинки по запросу kanser

Bill Qeyts son olaraq dünyanın hər bir ölkəsində, hər bir bölgəsində bu xəstəliklərə qarşı hökumətlərin xüsusi fəaliyyətinin olmasının vacibliyini vurğulayır: “Dünyanın heç bir yerində sosial səhiyyə sistemi yoxdur. Çünki bunun olması üçün yetərli maliyyə imkanı və zaman lazımdır. Bu da sıradan insanlarda yoxdur. Onun üçün dünyanın hər  yerində nazirliklər, qurumlar tərəfindən xüsusi olaraq sadaladığım xəstəliklərə qarşı səhiyyə sistemləri olmalıdır.”

 

Картинки по запросу Bill Qeyts "Goalkeepers"






Fikirlər