Bill Klintonun fahişədən doğulan oğlu tapılıb – QALMAQAL

ABŞ-ın bir neçə kütləvi informasiya vasitəsi eks-prezident Bill Klintonun qaradərili fahişədən nikahdan kənar oğlunun olması haqda xəbər yayıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, Klintonun nikahdan kənar oğlunun adı Denni Uilyamsdır.

O, özü bəyan edir ki, ABŞ-ın keçmiş prezidentinin onun fahişə anası ilə 1984-cü ildə intim əlaqəsindən sonra doğulub.

“Hilları, xahiş edirəm mənim varlığımı unutma. Mən – sənin oğlunam. Çelsi – mənim bacımdır, Bill isə mənim atamdır”, Uilyams Hilları Klintona müraciətində deyib.

Denni onu da bəyan edib ki, Bill Klinton onun anasından hamilə qaldığını bilən kimi uzaqlaşıb. O, iddia edir ki, çoxları onunla ABŞ-ın eks-prezidenti arasında oxşarlıq olduğunu da tapa bilir.






Fikirlər