Qaraşovun oğlunun maşını piyadanı belə vurub – Qarşı yolda və keçiddə (VİDEO)

Oktyabrın 17-də, saat 11:25 radələrində Bakıda, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub. 

Hadisə piyada keçidinin üstündə baş verib. Piyadanı vuran avtomobil sahibi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. 

Hadisənin görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Görüntülərdən məlum olur ki, "Jeep” markalı avtomobil hadisəni qarşı yolda - üzü 20 nömrəli məktəbdən Nərimanov heykəlinə gedən yolun əks tərəfində törədib. Hadisəyə səbəb yüksək sürət və düzgün ara məsafəsi saxlamamaqdır. Videodan da göründüyü kimi, sürücü piyada keçidindən keçən xanıma yol verən digər avtomobillərlə toqquşmamaq üçün sükanı sola qaçırıb. Əks istiqamətli yola çıxaraq keçidin üzərindəki qızı vurub.

Arif Qaraşov "Qafqazinfo” ya açıqlamasında bildirmişdi ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub. Lakin görüntülərdən də məlum olur ki, avtomobildən bir neçə nəfər düşür, yaralı qızı maşına qoyaraq hadisə yerindən uzaqlaşırlar.

Bu hadisədən belə nəticəyə gəlmək olur ki, əksər sürücülər yağışlı hava şəraitində düzgün sürət həddi və ara məsafəsi seçmirlər. Bu isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. "Yol hərəkəti haqqında” qanunda da sürücülərə tövsiyə edilir ki, yol və meteoroloji şəraitə uyğun olaraq sürət həddi seçsinlər. Yəni, əgər bir küçədə sürət həddi saatda 60 km nəzərdə tutulubsa, bu o demək deyil ki, yağılı havada da bu sürətlə sürmək lazımdır. Həmçinin ara məsafəsi də vacib amildir. Çünki qarşıdaki avtomobil hansısa səbəbdən qəfil dayandıqda ya onu arxadan vurmalısan, ya da saga-sola çəkərək digər hadisəyə səbəb olmalısan.

 






Fikirlər