Sumqayıtda yaşayış binasında yanğın - 11 SAKİN TƏXLİYƏ OLUNDU

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 kv.m sahədə məişət tullantıları yanıb.

 Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub.

 Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.






Fikirlər