2 institut üçün direktor AXTARILIR
AzerTaym.az xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyəti Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu, Dendrologiya İnstitutu üzrə direktor seçkiləri keçiriləcək. AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.Namizədlər sənədlərini AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə 1 ay müddətində təqdim etməlidirlər.