Bakıya duman gələcək

Bakıya duman gələcəkBu gün Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

"AzerTaym.az" bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, gün ərzində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi, günün ikinci yarısında şimal küləyi əsəcək, gecəyə doğru arabir 18-20 m/s-dək güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 9-14° isti, Bakıda gecə 5-7° isti , gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gecəyə doğru yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gecəyə doğru havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Bakıya duman gələcək Tərtər, Ağdam, Füzuli, Cəbrayıl,Qazax, Gəncə, Goranboy rayonlarında səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Gecəyə doğru yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gecəyə doğru yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.






Fikirlər