Hacı Məmmədovun İNTİHARI ilə bağlı cinayət İŞİ AÇILDI

Hacı Məmmədovun intiharı ilə bağlı cinayət işi açıldı

Bakı Şəhər Prokurorluğunda DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə AzerTaym.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib və bildirilib ki, azırda iş üzrə istintaq aparılır.

Qeyd edək ki, həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.

Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb.






Fikirlər