Göyçayda DAHA bir direktor FACİƏSİ: BU DƏFƏ də...
Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib. AzerTaym.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, rayonun Çayarxı kənd ümumi məktəbinin direktoru Şamilov Mübariz Müzəffər oğlu məktəbdə infarkt keçirib. Təcili olaraq direktor Bakıya gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb. İddialara görə, direktordan yüksək məbləğdə pul tələb edilib, pulu verə bilməyən 50 yaşlı direktor infarkt vəziyyətinə çatıb.