Komaya düşən ŞƏKƏRLİ diabet XƏSTƏSİ ÖLDÜ
Tovuz rayonunda komaya düşən şəkərli diabet xəstəsi dünyasını dəyişib. Hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Şıx Heybət kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynova Sahibə Cahad qızı yaşadığı evdə komaya düşüb. Komatoz vəziyyətdə xəstəxanaya gətirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib. (trend)