Xalq Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

Xalq Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLARMəktəbdən çıxıb birbaşa evə gedirsiniz!” – deyə müəllimlər bütün şagirdlərə tapşırdılar.
Mən və sinif yoldaşlarım sevinc qarışıq təlaş hissləri yaşayırdıq həmin an. İkinci sinifdə oxuyurduq, nə olduğunu anlamırdıq. Təbiidir ki, hər bir şagird kimi həmin gün bütün şagirdlər də elə ilk dərsdən evə getməli olduğunu eşitdiyindən hamı sevinirdi. Ancaq qeyd etdiyim bu sevinc hissinə təlaş qatan isə səsi kəsilmək bilməyən sirena səsləri idi.


Hamı bir təlaş içində idi, narahat idi. Sumqayıt şəhərində olduğumuzdan həmin an baş verənlərin fərqinə varmadım. İlk dəfə idi ki, atamın göz yaşlarını görürdüm. “Nə olub?” – deyə soruşduqda cavabı “Gecə ilə nə qədər günahsız adamları öldürdülər! Millətimizin başına belə bir bəla gətirdilər” – deyə eşitdim.

Artıq qanlı 20 yanvar tarixindən 25 il keçir. Bu qədər uzun vaxt keçsə də heç kim bu tarixi unutmadı. Hər il Şəhidlər Xiyabanında da buna bir daha şahid olduq. Ən çox sevindirici odur ki, xiyabana babalar, nənələr, atalar öz körpə övladları ilə ziyarətə gəlirlər. Dialoqlarında isə balacalara 20 yanvar tarixini danışdıqlarını eşitmək olar.

Şəhidlər xiyabanına gələn ziyarətçilər arasında doğmalarını itirən şəhidlərin artıq nəvələri belə onları yad etməyə gəlirlər. Onlardan biri şəhid Əflatun Kazımovun oğlu və nəvəsi idi.

Şəhidlər xiyabanı 25 il sonra

Bu günki tarixdə təəssüflə qeyd ediləcək bir neçə məqam da var. Onları qeyd etməklə bu halların növbəti illərdə yaşanmayacağına ümid edirik. Bu məqamlardan biri 20 yanvar ərəfəsində adətən şəhidlərin məzarlarına qoyulan qərənfillərin qiymət artımıdır. Belə bir gündə güllərin pulsuz olması əvəzinə, onların qiymətə daha da artırılır. Gül satıcılarına bu sualı verdikdə isə cavabsız qalır.
Digər məqam isə adətən 20 yanvar saat 12.00-a qədər Şəhidlər Xiyabanına gedən nəqliyyat vasitələrinin pulsuz olması ilə bağlıdır. Adətən bu haqda elanlar verilirdi. Lakin bu dəfə isə nə elan verildi, nə də nəqliyyat vasitələrində belə bir hal müşahidə edildi.

Ziyarətçilərin narazı qaldığı məqamlar

“Hələlik heç kimi buraxma!” – deyə polis digər həmkarına səslənir. Şəhidlər xiyabanında həm dövlət işçiləri, həm də paytaxt sakinləri tərəfindən gələn ziyarətçilərdən izdiham yaşandığına görə, polislər gediş-gəlişi tənzimləyirdilər. “Hərbçilər keçdi, yetimçələr yenə qaldı” – deyə paytaxt sakinlərindən biri üzünü polisə çevirərək gileyləndi: “Həmişə belə olur. Sən işə görə gəlmisən, mən isə şəhid ailəsiyəm. Mən birinci keçməliyəm” – deyə paytaxt sakini yenidən növbədən kənar olaraq buraxılan hərbçiyə səsləndi.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verdi və matəm əlaməti olaraq ölkə ərazisində Azərbaycanın dövlət bayraqları endirildi.


Gülnar Səlimova (Bizimyol.info)


Xalq Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
Xalq Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
Xalq Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
Xalq Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
Xalq Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR






Fikirlər