RAMİZ Mirzəyevin ailə üzvlərinin QƏTLİ İLƏ bağlı YENİ XƏBƏR

Ramiz Mirzəyevin ailə üzvlərinin qətli ilə bağlı yeni xəbər

Tovuz rayonunda ər və arvadının qətlə yetirilməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi açılıb.

"AzerTaym" lent.az-a istinadən xəbər verir ki, Tovuz şəhərində yerləşən 7 otaqlı mənzildə 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın naməlum şəraitdə qətlə yetirilməsi və meyitlərinin yandırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb. Zəruri ekspertizalar təyin edilib və dəhşətli cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qeyd edək ki, ilkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P. Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, Tovuz rayon Mərkəzi Xəstəxanasında həkim işləyirmiş.

Xatırladaq ki, bu, Mirzəyevlərlə bağlı son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olub. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində vəfat edib.






Fikirlər