SABUNÇUDA yanğın, ÖLƏN var
Bakıda faciə ilə nəticələnən yanğın baş verib. “AzerTaym.az” xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb. Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib, yanğın FHN əməkdaşları tərəfindən söndürülüb