İşdən qovulan rəis müavininin yerinə təyinat oldu

İşdən qovulan rəis müavininin yerinə təyinat olduAzərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub.

"AzerTaym.az" report.az-a istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, polis kapitanı Kənan Abışov Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəis müavini təyin edilib.

K.Abışov bu təyinata qədər Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) baş əməliyyat-müvəkkili vəzifəsində çalışıb. O, daxili işlər orqanlarında çalışan peşəkar polis zabitlərindən biri hesab olunur. K.Abışov Binəqədi RPİ-də işlədiyi müddətdə rayon ərazisində törədilən ağır cinayətlərin açılmasında müstəsna xidmətlər göstərib, cinayətkarlığa qarşı amansız mübarizə aparıb. Peşə fəaliyyətini bacarıqla yerinə yetirdiyi üçün K.Abışov dəfələrlə rəhbərlik tərəfindən xüsusi mükafatlara layiq görülüb.

Qeyd edək ki, 38-ci PB-nin keçmiş rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə edən zaman Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol polisləri tərəfindən saxlanılmışdı. Keçmiş rəis müavini yol polislərinə hörmətsizlik etdiyi və onlara tabesizlik göstərdiyi üçün onun barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsində araşdırma aparılmışdı və R.Şərifov polis sıralarından xaric edilmişdi.






Fikirlər