Həbib mükafatını alacaq - UFC-nin prezidentindən AÇIQLAMA

ABŞ-ın Nevada ştatının Atletika komissiyası Həbib Nurməhəmmədovla bağlı qərar verib.

AzerTaym.az Unikal.org-a istinadən xəbər verir ki, komissiya UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan dağıstanlı döyüşçünün qazandığı mükafatı özündə saxlayır.
Bu barədə UFC-nin prezidenti Deyna Uayt məlumat verib: "Onlar pulu müsadirə ediblər və mükafatın Həbibə verilməməsini düşünürlər. O, bütün məbləği götürə bilməyəcək. Həbib çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Çox güman ki, bu 4-6 ay müddətlik olacaq".
Qeyd edək ki, Konor Makqreqor üzərindəki qələbədən sonra Həbib Nurməhəmmədov iki milyon dollar və yayımın satışından hissə qazanmalı idi. O, döyüşdən sonra rəqibinin komandasına hücum edib.






Fikirlər