FHN Quba və Qusarda baş vermiş sellə bağlı məlumat yaydı

 

Quba, Qusar rayonlarında yağan leysan yağşlar fərdi yaşayış evlərinə dolub, bir ev uçub.

 

 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba, Qusar rayonları ərazilərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin həyətyanı sahələrinə və zirzəmilərinə su dolub.
 

Nəticədə bir ev qismən uçub, dağıntılar altında 1 nəfər qalıb. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin şəxs çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


 
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hazırda nazirliyin qüvvələri hadisə yerində suçəkmə işlərini davam etdirir, əlavə məlumat veriləcək.

 






Fikirlər