Nizami rayonunda xüsusi rejimə nəzarət edilir - FOTOLAR

 Nizami rayonunda xüsusi rejimə nəzarət edilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nizami rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki,xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.

Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilərlə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Eyni zamanda, rayon ərazisində gündəlik olaraq dezinfeksiya işləri də aparılır.

 




 






Fikirlər