“Təklif edəcəyik ki, KARANTİN rejimi SƏRTLƏŞDİRİLSİN

Operativ Qərargah: Karantin rejimi yumşaldılandan sonra yoluxanların sayında artım var

Karantin rejiminin yenidən sərtləşdirilməsi bizdən asılıdır. Biz deyəndə siz, mən və hər birimizdən asılıdır”.

 "AzerTaym.az" bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

 O deyib ki, yoluxma hadisəsi çoxaldıqda, xəstəxanalarda yer məhdudiyyəti yarandıqca, karantin rejimin sərtləşdirilməsi gündəmə gələcək:

 “Biz görsək ki, çoxalan xəstələrin öhdəsindən gələ bilmirik, çıxışlar edəcəyik. Təklif edəcəyik ki, karantin rejimi sərtləşdirilsin. Təbii ki, son qərar Nazrirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək”.






Fikirlər