Azərbaycanda koronavirus xəstələri hansı üsulla müalicə edilir? — VİDEO
Hazırda əksər insanları düşündürən odur ki, əgər koronavirusun peyvəndi yoxdursa, xəstələr hansı üsulla müalicə edilir. TƏBİB-in işçi qrupunun rəhbəri bildirib ki, bunun üçün xüsusi müalicə protokolu hazırlanıb və əsasən 3 cür dərmandan istifadə edilir. O həmçinin, digər müalicə üsullarından da danışıb. TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyevin sözlərinə görə, koronavirusla mübarizə üçün spesifik müalicə üsulu və protokol yoxdur. Buna baxmayaraq, dünyada tədqiqatlar nəticəsində müsbət nəticə vermiş antivral dərmanların siyahısı hazılanıb. TƏBİB-də xüsusi müalicə protokolu tərtib edib və həmin dərmanları bu siyahıya salıb. Lakin həmin dərmanlar da bütün xəstələrə tətbiq edilmir. Risk qrupunda olan xəstələrə isə antivirus dərmanlarından əlavə antibakterial preparatlar da tətbiq edilir. Hazırda ölkədə istifadə edilən digər metod da plazma üsuludur. Vasif Əliyev bildirir ki, hazırda dünyada peyvənd hazırlanması ilə bağlı ciddi araşdırmalar aparılır. Amma peyvəndin nə dərəcədə effektli olacağı sual altındadır. Çünki hazırlanacaq vaksinin yaşlı xəstələrdə immun sisiteminin yaratması özü sual altındadır. Həkimin sözlərinə görə hazırda Azərbaycanda koronaviruslu bütün xəstələr yalnız xəstəxanalarda müalicə edilir. Çünki, tibb müəssisələrinin tutumu buna imkan verir. Lakin, xəstə sayı artarsa, evdə müalicə üsuluna da keçilə bilər. yoluxma sayının artmaması isə bir başa vətəndaşların izolyasiya qaydalarına necə əməl etməsindən bir başa asılı məsələdir.