Bir neçə rayonun polis əməkdaşları Kürdəmirə ezam OLUNDU...
Kürdəmir rayonunda bu gecə saat 00:00 dan etibarən sərtləşdirilmiş karantin rejiminə start verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün kəndlərdə və şəhər ərazisində müvəqqəti karantin postları qurulub. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və bir neçə rayonun, o cümlədən Ağsu, Göycay, Zərdab və Haclqabul rayonlarının polis şöbələrinin əməkdaşları Kürdəmir rayonuna ezam olunublar. Gün ərzində rayon polis şöbəsinin əməkdaşları səs gücləndiricilər vasitəsi ilə insanları marifləndirərək onlara karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyi və evdə qalmağı tövsiyyə ediblər. Qərara əsasən, rayon ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Rayon ərazisində qurulan postlar vasitəsi ilə giriş-çıxışa nəzarət edilir. Qeyd edək ki, Bakı-Qazax avtomagistralının Kürdəmir rayonundan keçən hissəsində avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur. Xatırladaq ki, Azərbaycanın 9 şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunub və bu rejimi iyun ayının 16-sı səhər saat 06:00 qədər davam edəcək. /Report