Azərbaycanın ələ keçirdiyi erməni diversantlar – Onlar KİMDİR?!

Azərbaycanın ələ keçirdiyi erməni diversantlar – Onlar kimdir?

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Azrbaycan ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Və nəticədə döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan əsir götürülüb.

“Yeni Sabah” bildirir ki, erməni diversantları zaman-zaman bu kimi təxribatlar həyata keçirməyə cəhd göstəriblər. Onların bəzilərini təqdim edirik:

Məhkum Baqdasaryan Arsen Eduardoviç – 23.04.1993-cü il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olmuş, orta-ixtisas təhsilli, subay, milliyətcə erməni, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Xankəndi Baqramyan küçəsi döngə 1, ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayıb.

Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas" tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

A.Baqdasaryan Azərbaycan Respublikasının ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməklə və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etməklə dövlətə xəyanət etmiş, həmin cinayətkar birliyin tərkib hissəsi olan struktur bölmədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın etmiş, bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməyə, həmin silah sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa cəhd etmişdir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05.05.2015-ci il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum A.Baqdasaryan 24.22.2018-ci il tarixdən müvafiq cəzaçəkmə müəssisəsində cəza çəkir. 

Məhkum Ğazaryan Karen Armenoviç – 12.01.1984-cü il tarixdə Ermənistan Respublikasının Noyemberyan şəhərində anadan olub, ali təhsilli, subay, milliyətcə erməni, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan Respublikası Tavuş vilayəti, Noyemberyan rayonu, Berdevan kəndi, 28-ci küçə, ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayıb.

Ğazaryan Karen 2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü - Ğazaryan Karen saxlanılıb.

K.Ğazaryan qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə, sifarişlə iki və daha çox şəxsi terrorçuluqla və milli ədavət düşmənçilik niyyəti ilə qəsdən öldürməyə cəhd göstərmiş, bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməyə, həmin silah sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa cəhd edib, habelə casusluq törədib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib. K.Ğazaryan 27.03.2019-cu il tarixdən müvafiq cəzaçəkmə müəssisəsində cəza çəkir.

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan əsir götürülüb. 






Fikirlər