SUQOVUŞANIN adı rəsmiləşdirildi
Prezident İlham Əliyev Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. "AzerTaym.az" bildirir ki, sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb. Qeyd edək ki, Azərbaycan ordusu Suqovuşanı 3 oktyabrda işğaldan azad edib.