Azərbaycanda bu gün daha 21 nəfər koronavirusdan ÖLDÜ, 633 yeni YOLUXMA
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1 682 nəfər müalicə olunaraq sağalıb. Bu barədə "AzerTaym.az"-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 21 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 264, bu günə qədər isə ümumilikdə 2 259 555 test icra olunub.
1