Ümidlərin dəfn olunduğu TİBB OCAĞI... - İTTİHAM VAR!

Göygöl şəhəri, Aydın Hacıyev küçəsi, 93 ünvanında “fəaliyyət göstərən” “ÜMİD TİBB MƏRKƏZİ”-nin əslində “ÜMİDLƏRİ MƏHV EDƏN KLİNİKA” adlandırılması daha doğru olardı. “Özəl ÜMİD TİBB MƏRKƏZİ”-ni 26 il Göygöl Rayon Mərkəzi Xəstəxanası-nın baş həkimi işləmiş, Ömərov Hamlet İsmayıl oğlu yaratmışdır.
H.İ.Ömərov Göygöl RMX-nın balansında olan binanı qanunsuz və saxta sənədlər təqdim etməklə özəlləşdirmişdir. 26 il ərzində rəhbərlik edən zaman RMX-nin əsas tibbi avadanlıqlarını (ultrasəs, exokardioqraf, laboratoriya analizatorları və s.) istifadəyə tam yararlı olduğu halda, eyni zamanda istismar müddəti bitmədiyi halda, xəstəxananın hesabından silərək mənimsəmişdir. Həmin avadanlıqları özünün mülkiyyəti kimi “sənədlərşdirdiyi” “ÜMİD TİBB MƏRKƏZİ” quraşdırmışdır.
“Ümid Tibb Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən aldığı “lisenziya”(xüsusi icazə) qaydalarını kobud surətdə pozmuşdur... Belə ki, klinikada işləyən həkimlərin yaş həddi 70-i keçmiş, praktiki tibb fəaliyyəti ilə məşğul olmaq üçün “sertifikat”-ları yoxdur və lisenziyada icazə verilməyən fəaliyyətlə məşğul olurlar. Nəticədə, aldadılmış xəstələrin tibbi müayinə və müalicədən sonra səhhətində ağır fəsadlar yaranmış və yaranmaqda davam edir. Sonra həmin xəstələr məcbur olub, ağırlaşmış vəziyyətdə digər tibb müəssisələrində müalicə alaraq, öz sağlamlıqlarını bərpa edirlər.
1. Ömərov Hamlet İsmayıl oğlu, 12 oktyabr 1952-ci ildə anadan olub. Praktik stasionar cərrahi xidmət etmək sertifikatı yoxdur “(2005-ci ilə keçmiş Səhiyyə Naziri Əli İnsanovla birlikdə “dövlət çevrilişinə cəhd”-də fəal iştirak etmiş və külli miqdarda pul vermişdir). Əli İnsanovla yaxın dost olmuşdur, atası Ömərov İsmayıl Əli İnsanovun müəllimi və Ermənistan, Noyemberyan rayonunun Ləmbəli kəndində məktəb direktoru olmuşdur. 2020-ci ildə TƏBİB tərəfindən qanunsuz fəaliyyətinə son verilən Hamlet Ömərov baş-həkim vəzifəsindən xaric edildi.
2. Əhmədova Ulduz Bəbir qızı 31 dekabr 1951-ci ildə anadan olub. 26 il ərzində gündə 2 saat işə gəlmiş, lakin Hamlet Ömərov ona 6 saat hesabı ilə pul vermişdir. (arvadıdır) “sertifikatı yoxdur, lisenziyada göstərilməyən “Lor” fəaliyyəti ilə məşğul olur.
3. Əsədov Səxavət Oktyabr oğlu, hal-hazırda Səhiyyə Nazirliyində vəzifədə olan “Cəbrayıl Əsədzadənin əmisi oğludur. Gigiyena Epidemiologiya Mərkəzində “epidemioloq” işləyir. Heç bir lisenziyası və sertifikatı olmadan “ÜMİD TİBB MƏRKƏZİNDƏ” terapevt, uroloq, kardioloq, qastroenteroloq və s. kimi çoxsaylı bütün tibbi xidmətləri göstərir. Hər gün əmək haqqı alır. Təyin etdiyi müalicə kursları nəticəsində xəstələr tez-tez ağır vəziyyətdə digər tibb müəssisələrinə müraciət edirlər.
4. Rəsulov Sahib 1952-ci ildə anadan olub. Göygöl RMX-də H. Ömərov baş həkim olan vaxt birlikdə laboratoriya müdiri işləyib, həmin vaxt hər ay H. Ömərova 500 manat pul verirmiş. Çünki, H. Ömərov 26 ilə baş həkim olanda qanunsuz olaraq bütün xidmətləri dövlət xəstəxanasında pullu eləmişdi...
5. Hamlet Ömərov külli-miqdarda (milyonlarla ölçülən) maddi sərvətə malik olmasına baxmayaraq 44 günlük Vətən Müharibəsində yaralı müalicə olunan əsgərlərə bir manat belə yardım etməmişdir. “Ümid Tibb Mərkəzi”-nə müraciət edən müharibə qazilərinə, şəhid ailələrinə bir dəfə də olsun pulsuz xidmət göstərməmişlər və bütün hallarda müharibə qazilərini klinikasından qovmuşdur.
26 illik Göygöl RMX-da baş həkim işləyən zaman dövlət büdcəsinə külli ziyan vuraraq, korrupsiya yolu ilə dövlət əmlakını külli miqdarda talamışdır. Dünyanın müxtəlif ölkələrində bahalı mənzillər, maşınlar, obyektlər və s. sahib olmuşdur.
Hal-hazırda Ümid Tibb Mərkəzinin qanunsuz əməlləri davam edir...
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin...
Vergilər Nazirliyinin...
Hüquq-mühafizə orqanlarının... H. İ. Ömərovun qanunsuz fəaliyyətinə biganə qalmayacağı ümidindəyik...
...ardı var...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.  //gundelik-baku.com//






Fikirlər