3 nömrəli Gəncə şəhər poliklinikasının Baş həkim Rasim Hüseynovun Səhiyyə Nazirliyində və Gəncə Səhiyyə İdarəsində himayədarları var

3 nömrəli Gəncə şəhər poliklinikasının Baş həkim Rasim Hüseynovun Səhiyyə Nazirliyində və Gəncə Səhiyyə İdarəsində himayədarları var

Gəncə şəhəri, Gülüstan qəsəbəsi 27 ünvanında yerləşən və Rasim Rəsul oğlu Hüseynovun baş həkimi olduğu 3 nömrəli şəhər poliklinikası ilə bağlı son zamanlar bir sıra xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, adıçəkilən tibb müəssisəsinə arayış almaq üçün müraciət edən vətəndaşların süni əngəllərlə üzləşdiklərini vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, Rasim Hüseynov bu yolla ondan müxtəlif dövlət qurumlarına şikayət edənləri cəzalandırmağa çalışır. Hazırda Gəncə şəhərində yarıtmaz fəaliyyəti ilə xəstələrin narazılıqlarına, yerli ictimaiyyətin isə ciddi narahatlığına səbəb olan tibb müəssisələrinin sırasında ilk yerlərdən birini 3 saylı poliklinikanın tutduğunu bildirən mənbənin sözlərinə görə, məhz bu tibb müəssisəsində mütəmadi olaraq neqativ hallara, qanun pozuntularına rast gəlinir: «Deyilənlərə görə, xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya «təşəkkür» etmək məcburiyyətində qalır. Çünki Rasim Hüseynovun rəhbərlik etdiyi tibb ocağının personalına «minnətdarlıq» etmədikdə xəstələr nə əməlli-başlı müayinədən keçə bilmir, nə də onlara doğru-dürüst müalicə təyin olunur. Onu da qeyd edim ki, artıq bir müddətdir ki, Gəncədə yerləşən 3 saylı şəhər poliklinikasında xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digərarayışların verilməsi əsl kommersiya fəaliyyətinə çevrilib». 3 saylı poliklinikada «ölü canlar»ın olduğunu iddia edən məlumatlı şəxs qeyd edir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər:(gundelik-baku)«Deyilənlərə görə, həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına 70-80 manat pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vururlar. Bildirilir ki, Rasim Hüseynovun bu cür yollarla əldə etdiyi gəlirlər onun şəxsi büdcəsinin formalaşmasında önəmli yer tutur. Onu da vurğulamaq lazımdır ki, 3 saylı Gəncə şəhər poliklinikasının dövlətin balansında olmasına baxmayaraq, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər». 3 nömrəli Gəncə şəhər poliklinikasının baş həkiminin əvvəllər Yevlax Əlillərin Bərpa Mərkəzinə rəhbərlik etdiyini deyən mənbə bildirir ki, məhz həmin dönəmlərdə Rasim Hüseynov hansısa bir xanıma Yevlax şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində saxta sənəd verib: «Deyilənlərə görə, həmin xanımla 3 nömrəli Gəncə şəhər poliklinikasının baş həkimini hansısa yaxın tellər bağlayır. Bandan başqa, o da qeyd olunur ki, Rasim Hüseynov ara-sıra üzləşdiyi bir sıra problemləri yoluna qoymaqdan ötrü poliklinikanın tibb personalının əməkhaqlarından şəxsi məqsədləri üçün istifadə edir. Belə ki, deyilənlərə görə, poliklinikanın baş həkimi Səhiyyə Nazirliyinin adından istifadə edərək, yəni nazirlikdən gələn yoxlamanı «razı» yola salmağı bəhanə kimi gətirərək tibb işçilərin maaşlarını mənimsəyir». Bu arada, poliklinikanın tibb personalının artıq baş həkimin əməllərindən təngə gəldiklərini və elə bu səbəbdən də üzləşdikləri problemlərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Milli Məclisə və digər müvafiq dövlət qurumlarına şikayət xarakterli məktubla müraciət etmək niyyətində olduqlarını vurğulayan məlumatlı şəxs bunun da heç bir effekt verməyəcəyini düşünür: «Deyilənlərə görə, işçiləri 3 nömrəli Gəncə şəhər poliklinikasının baş həkimi Rasim Hüseynov barəsində hara şikayət etsələr də, yenə də heç kim ona irad tutmayacaq, əməllərinin hesabını sormayacaq. Çünki baş həkimin həm Səhiyyə Nazirliyində, həm də Gəncə Şəhər Səhiyyə İdarəsində məsul vəzifədə çalışan adamları var. Məhz bu səbəbdən də heç kim ona toxuna, yol verdiyi nöqsanları ictimailəşdirə, barəsində müvafiq ölçü götürməyə cəsarət edə bilmir». 






Fikirlər