9 saylı qadın məsləhətxanasında Hippokrat andı tamamilə unudulub
Tərifə İsgəndərovanın baş həkimi olduğu tibb ocağı ana və uşaq ölümünə rəvac verir Baş həkim Elsevər Ağayevin yardımları sayəsində üzləşdiyi problemləri asanlıqla həll etməyi bacarır Tərifə İsgəndərovanın rəhbərlik etdiyi 9 saylı qadın məsləhətxanasında yaşanan nöqsanlar, hamilə qadınların üzləşdiyi problemlər demək olar ki, artıq hər kəsə ən incə detallarınadək bəllidir. Belə ki, sözügedən tibb müəssisəsinin bəzi məqamlarda ana və uşaq ölümünə rəvac verdiyini qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgidə deyilir ki, 9 saylı qadın məsləhətxanasında hamilə anaların qəbulu, diaqnostikası və müalicəsi üçün müvafiq şərait mövcud deyil. Tərifə İsgəndərovanın özünü bacarıqlı, işgüzar genekoloq kimi təqdim etməyə çalışdığını bildirən mənbə iddia edir ki, əslində o, heç də göründüyü qədər peşəkar birisi deyil: «Nəzərinizə çatdırım ki, geridə qoyduğumuz 10 il əvvəllə müqayisədə Bakı şəhəri üzrə qadın və uşaqlara müalicə-profilaktika xidməti göstərən mərkəzlərin sayında ciddi azalma qeydə alınıb. Bunun başlıca səbəbi isə bəzi qadın məsləhətxanalarının, eləcə də qadın və uşaqlara müalicə-profilaktika xidməti göstərən mərkəzlərin fəaliyyətlərində ciddi nöqsanların, qanun pozuntularının qeyd alınmasıdır. Məhz elə bu səbəbdən də onların bir qisminin fəaliyyətinə son verilib. Lakin nədənsə Tərifə İsgəndərovanın baş həkimi olduğu tibb ocağı ilə bağlı indiyədək heç bir tədbir görülməyib. Bunun başlıca səbəbi onun səhiyyə nazirinin müavini Elsevər Ağayevin himayəsində olmasıdır. Deyilənlərə görə, baş həkim ən çətin məqamlarda məhz nazir müavininin yardımlarına baş vurur və qısa müddət ərzində üzləşdiyi problemləri asanlıqla həll etməyi bacarır. Elə buna görə də Səhiyyə Nazirliyi və digər qurumlar 9 saylı qadın məsləhətxanasında baş verən qanun pozuntularını görməzdən gəlirlər. Bu isə öz növbəsində, ölkədə qadın və uşaq ölümü halların artmasına rəvac verir». Hamiləliliyin fizioloji gedişi zamanı hamilə qadınların qadın məsləhətxanasına 7 gəlişinin tövsiyyə olunduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, Tərifə İsgəndərovanın rəhbərlik etdiyi tibb müəssisəsində hər gəliş üçün qadınlardan əlavə ödəniş tələb olunur: «Birinci gəliş təxminən, 12-ci həftəyə qədər təsadüf edir. Bu zaman həkim hamilə qadına hamiləliyin fizioloji gedişi haqqında məlumatlar verməli, anamnez toplamalı, ona hamilənin ev kartasını təqdim edərək onun doldurulma qaydalarını başa salmalıdır. Bundan başqa, axırıncı menstruasiya (aybaşı) tarixinə əsasən doğuşun güman edilən vaxtının təyini, qanın klinik analizi, sidiyin ümumi analizi, qanda şəkərin təyini, qan qrupu, rezus faktorun, əgər qadın RH (-), partnyoru isə RH (+) olarsa rezus anticisimlərinin təyini, Hepatit B, HİV, siflis testləri də məhz bu vaxta təsadüf edir. Yerdə qalan 6 gəlişdə də təxminən, bunabənzər tədbirlər həyata keçirilməlidir. Lakin Tərifə İsgəndərovanın baş həkimi olduğu 9 saylı qadın məsləhətxanasında hər gəliş üçün hamilə qadınlardan əlavə ödənişlər alınır, əvəzində isə onlara normal tibbi xidmət göstərilmir. Belə ki, deyilənlərə görə, 9 saylı qadın məsləhətxanası hamiləlik dövründə qadınları nəzarətdə saxlaya bilmir. Buna görə də Binəqədi rayon sakinləri Tərifə İsgəndərovanın rəhbərlik etdiyi tibb ocağının fəaliyyətdən narazılıq edirlər. Çünki burada hamilə qadınlar vaxtlı-vaxtında müayinədən keçirilmir, hətta səhv diaqnozlar qoyulur. Görünən odur ki, 9 saylı qadın məsləhətxanasında Hippokrat andı tamamilə unudulub». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com