“Kapital Bank”ın 1 saylı Yasamal rayon filialında yaşanan əcaib olay…

1475226466_aq

Müştəriyə verilən «A» formalı ödəniş tapşırığı №01 sənədində köçürülmə zamanı müxtəlif məbləğlər qeyd olunub

Buna görə də vətəndaş «YapıKredi Bank Azərbaycan» QSC-nin müxbir hesabına pul köçürərkən ciddi problemlə üzləşib.

Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, paytaxtın Yasamal rayonu, Landau küçəsi, bina 6 ünvanında yerləşən «Kapital Bank» ASC-nin 1 saylı Yasamal rayon filialında ciddi neqativ hallar yaşanmaqdadır. Belə ki, adıçəkilən filialda cərəyan edən problemlərin başında məhz filialın müdiri İsmayıl Qədirlinin və kiçik mütəxəssis Cəlal Rzabəylinin durduğunu vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyada bildirilir ki, «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialında şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə lazımı səviyyədə diqqət və qayğı göstərilmir. Sözügedən kateqoriyadan olan ölkə vətəndaşlarına qarşı böyük hörmətsizlik edildiyini iddia edən mənbənin sözlərinə görə, «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialının müştəriləri İsmayıl Qədirlinin və Cəlal Rzabəylinin əlindən cilov gəmirir: «Deyilənlərə görə, bu gün bəlkə də paytaxtda ən aşağı xidmət burada göstərilir. Ümumiyyətlə, «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialından pul götürmək və ya bu filialın vasitəsilə digər bankdakı hesablara pul köçürmək heç də asan məsələ deyil. Belə ki, filialın əməkdaşları vətəndaşları süründürməçiliyə məruz qoyurlar. İnsanlar işlərinin alınıb-alınmayacağını bilmədikləri halda, burada saatlarla növbə gözləməli olurlar. Bu da təbii ki, ilk olaraq vaxt itkisinə, daha sonra isə insanların əsəbi bahasına başa gəlir. Hələ bu, harasıdır. Deyilənlərə görə, «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialında müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə «şapka» tələb olunur. Həmçinin vətəndaşlar təyin edilən gündə kredit borcunu qayatara bilmirlərsə, o zaman həmin məbləğin üzərinə hədsiz çox faiz gəlir. Bu isə təbii ki, haqlı olaraq vətəndaşların narazılıqları ilə qarşılanır». Bu arada, bir neçə gün öncə, daha dəqiq desək, 23 sentyabr 2016-cı il tarixdə vətəndaşlardan birinin «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialından «YapıKredi Bank Azərbaycan» QSC-nin müxbir hesabına pul köçürərkən ciddi problemlə üzləşdiyini qeyd edən məlumatlı şəxs bildirir ki, köçürmə prosesi zamanı məbləğ rəqəmlə 470 manat göstərilsə də, yazı ilə bu rəqəm dörd yüz səksən manat kimi əks olunub: «Yəni «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialından müştəriyə verilən «A» formalı ödəniş tapşırığı №01 sənədində köçürülmə zamanı müxtəlif məbləğlər qeyd olunub. Məhz elə bu səbəbdən də müştəri əlavə problemlə üz-üzə qalıb.(gundelik-baku)Belə ki, bunun nəticəsində müştərinin «YapıKredi Bank Azərbaycan» QSC-nin müxbir hesabına köçürdüyü pul ünvanına çatmayıb. Müştəri bununla bağlı «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialına müraciət etsə də, qarşı tərəf hələ də məsələni həll etməkdə maraqlı görünmür». Mənbə iddia edir ki, məhz elə bu kimi səbəblər üzündən «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialına bir dəfə müraciət edən şəxs, bir daha ora ayaq basmaq belə, istəmir: «Sadəcə olaraq, bəzi vətəndaşlar məcburiyyət qarşısında qalıb bankın qoyduğu şərtlərə, işçilərin müştərilərə olan davranışına susmalı olurlar. Ümumiyyətlə, «Kapital Bank»ın 1 saylı Yasamal rayon filialında kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla həmin filial arasında daim narazılıqlar yaranır. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə təklif edilən kreditlərin faiz dərəcələrinin yüksək olması müştərilərin ciddi narazılığına səbəb olur. Məsələnin maraqlı tərəfi isə ondadır ki, «Kapital Bank»ın rəhbərliyi 1 saylı Yasamal rayon filialında yaşananlara nədənsə seyirci mövqe sərgiləyir».(Rublika.az)






Fikirlər