Xankəndidə mitinq başladı: “Nikol Qarabağın təslim möhürünü vuracaq”
Xankəndidə mitinq başlayıb. Bu barədə Qarabağda separatçıların qondarma “parlamentinin deputatı” Metakse Akopyan deyib. O, Qarabağın “müdafiəsi hərəkatına” start verildiyini bildirib. “İndi bizim iqtidarlarımız çıxıb xalqın yanında olmalı və Nikol rejiminə qarşı çıxmalıdırlar, başqa çıxış yolu yoxdur. Əks halda Nikolla birlikdə Qarabağın təslim olmasına möhür vuracaqlar. Onlar indi çıxıb meydanda xalqın yanında dayanmalıdırlar”, – Akopyan bildirib. Onun sözlərinə görə, Qarabağ xalqı Paşinyana qarşıdır və hər şey xalqdan asılıdır, insanlar öz evlərini, yerlərini, vətənlərini qorumaq üçün sadəcə olaraq Nikola və beynəlxalq ictimaiyyətə qarşı çıxa bilərlər. “Biz beynəlxalq ictimaiyyətdən siqnal almamışıq. Nikoldan eşitdiyimiz odur ki, beynəlxalq ictimaiyyət bu və ya digərini tələb edir. Biz qəzəblənirik və düşünürəm ki, buna qarşı mübarizə aparmaq çətin olacaq, insanlar öz evlərini müdafiə edirlər”, – o deyib./Konkret.az