Xarici diplomatlar Gəncədə raket hücumu nəticəsində həlak olanların xatirəsini yad ediblər - FOTOLAR...
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər edərək burada Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
“Report” xəbər verir ki, diplomatlar abidə kompleksi önünə gül dəstələri düzərək Gəncəyə raket zərbələri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumundan iki ili tamam olur. Məhz bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.