Suraxanıda ev tikənlə ev sökənin YUMRUQ DAVASI... - Adil Əliyevi belə qarşıladılar...
Bakının Suraxanı rayonu Binə qəsəbəsində özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Ariz adlı şəxs bir qrup mülki geyimli şəxslə gəlib, vətəndaşın tikdiyi, hətta üstünü belə bağladığı evi söküb. Azinforum.az-a şikayət edən vətəndaş bildirir ki, tikintiyə icazə yoxdursa, onda niyə ətraf evlərlə doludur? : “Evi tikəndə buna mane olardılar. Hazır tikilini sökmək üçün məhkəmə qərarı olmalıdır. Buna məhəl qoymadılar.
Əminəm ki, yeni təyin olunan icra başçısı Adil Əliyevin Ariz və onun dəstəsinin əməllərindən məlumatı yoxdur.
Onlarla bağlı mütləq mənada hüquqi ölçü götürülməlidir”.
Bildirilir ki, Suraxanı ərazisində bütün tikinti və söküntü işlərinə Ariz adlı şəxs baxır. Videoda göy kostyumlu, telefonla danışan şəxs Arizdir…