FHN qatar qəzası ilə bağlı yeni məlumat yaydı: " 7 vaqon relsdən çıxıb"

Hacıqabul rayonun Qarasu kəndində relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb
FHN qatar qəzası ilə bağlı yeni məlumat yaydı: " 7 vaqon relsdən çıxıb"
Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonun Qarasu kəndi ərazisində baş vermiş dəmir yolu qəzası ilə yeni açıqlama yayıb. Azertaym.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, Hacıqabul rayonu, Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş aidiyyəti qurumlar məlumatlandırılıb.

Qəza nəticəsində 7 vaqon relsdən çıxıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcədə digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.






Fikirlər