“Economist” nəşri Əzizə xaladan yazdı ...

“Economist” nəşri Əzizə xaladan yazdı

Məşhur “Economist” nəşri Qusar rayonunun Hil kəndində yaşayan və bişirdiyi yeməkləri öz yutub kanalında paylaşaraq məşhurlaşan Əzizə Rəmixanova ilə bağlı məqalə hazırlayıb.

"AzerTaym.az" xəbər verir ki, nəşr “Kənd həyatı” yutubda kanalının təxminən 7 milyon abunəçisinin və 2 milyard baxışı olduğunu qeyd edib.

500-ə yaxın bölümü olan və hər biri təxminən 25 dəqiqə çəkən vloqların sakitlik və təbiətlə harmoniyada lentə alındığı vurğulanıb.

Qeyd olunub ki, London, Sidney, Yekaterinburq və Kiyev kimi şəhərlərdən də izləyicilərin diqqətini çəkən vloqlar dünyanın ən inanılmaz və populyar yemək şousudur.

Xatırladaq ki, videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar. COVİD-19 pandemiyası zamanı ana və oğlu yutub kanalı açaraq sevdikləri peşəni orada nümayiş etdirməyə başlayıblar.

Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir.(Axşam.az)






Fikirlər