Soyumuzu qıran soysuzun soyu necə qurudu…
Xocalıda baş verən əsrin cinayətinə aid mənzərələrin müqayisəli təhlilini aparmaq üçün almanların, rusların, amerikalıların, fransızların törətdiyi soyqırımı cinayətlərinə aid nümunələrə müraciət etdik. Dəst-xətt eynidir, oxşardır və elə hallar var ki, nöqtəsinə qədər eynidir. Onları törədənlərin bir qismi Nürnberqdə mühakimə edilsə də, bir çoxu cəzasız qalmaqdadır. Bu da qəribə bir ilkdir: Alman nasistlərindən sonra cinayətkarları (bir qism) cəzalandıran yeganə dövlət də Azərbaycandır.
Erməni-rus (366-cı alay) qüvvələri Xocalı sakinlərini qaçmağa məcbur edib qarlı dağlarda “ovladı”. Şahidlər deyir ki, bəzi əsgərlər qurbanları “sayına görə” seçirdi – sadizm zirvədəydi .
Erməni radiosu hücumdan əvvəl “Xocalı alındı” xəbərləri yaydı – faciəni əvvəlcədən bayram etdilər .
Qaçan sakinlər meşədə gizlənməyə çalışdı, amma ağaclar arasında snayperlər tərəfindən vuruldular – təbiət belə kömək etmədi .
Ermənistan “mülkilərə qaçmaq üçün dəhliz buraxdıq” dedi, amma Əsgəran yaxınlığında qaçanlar snayper atəşinə tutuldu .
Xocalıdan qaçan bir qızın cəsədi tapıldı – qolları kömək istəyən kimi havada donmuşdu .
Xocalıdan sonra adam bu sualı özünə verir: ermənilərin ilham mənbəyi kimlər olmuşdu?
Nasistlər güllə xərcləməmək üçün uşaqları diri-diri basdırırdı – analar qışqırarkən körpələr torpağa atılırdı. Qurbanların qışqırıqlarını boğmaq üçün musiqi çalınırdı – yerli əhali eşitməsin deyə. /Babı Yar Qətliamı (29-30 sentyabr 1941) – 33,771 yəhudi güllələndi .
Rus əsgərlər qara maska taxıb “çeçen terrorçuları” kimi kəndi yandırdı – günahı müqavimətçilərə atmaq üçün uğurlu gediş etdilər. Evlərə girib kişiləri güllələdilər, qadınlara “sakit olun” deyib təcavüz etdilər. Öldürülənlərin cəsədləri yük maşınlarına yığılıb “yoxa çıxdı” – ailələr dəfn edə bilmədi. /Samashki Qətliamı (7-8 aprel 1995) – 100-dən çox dinc sakin öldürüldü .
Fransada Qələbə Günü qeyd edildiyi bir anda – fransız əsgərləri bayram münasibətilə əlcəzairliləri sırf əyləncə üçün öldürürdülər. Fransız təyyarələri kəndləri bombaladı, qaçanları pulemyotla vurdular – Xocalıdakı “qarlı ov”un eynisidir. Qətliama rəhbərlik edən general medala layiq görüldü – vəhşilik “qəhrəmanlıq” sayıldı. /Sétif və Guelma Qətliamı (8 may 1945) – 6,000-20,000 Cezayirli öldürüldü .
Əsgərlər qətliamı radio ilə verilən əmrlə yerinə yetirməyə başladılar – “hamısını təmizləyin” əmri canlı yayımla bütün dünyada eşidildi. ABŞ əsgərləri qurbanların qulaqlarını kəsib “xatirə” kimi saxladı – Xocalıdakı “baş dərisi soyma”nın analoqu idi sanki. /My Lai Qətliamı (16 mart 1968) – 347-504 dinc Vyetnamlı öldürüldü .
Qısa müddət sonra Ermənistan “Xocalıda yalnız döyüşçülər öldü” dedi, amma tapılan 63 uşağın və 106 qadının cəsədləri bu iddianı çürütdü .
33 il sonra dünya təkcə müharibə cinayəti, insanlıq əleyhinə, soyqırımı törədənlərin Bakıda mühakiməsinin şahidi olurlar. Azərbaycanın rəhbərinin, ordusunun sayəsində bu şəxslərin bir qismi artıq bütün dünyaya bəyan edir ki, qarlı bir gündə əhalini sırf azərbaycanlı olduğu üçün necə işgəncələrlə öldürüblər və illər sonra taleyin hökmü ilə ölmədən düşdülər ilahi ədalətin mühakiməsinə. Bu gün Bakıda körpəsini qucağında yuxarı tutub, haray çəkən daşlaşmış ananın eşidilən harayından azca uzaqda – 5 km məsafədə başqa bir daş divarlar arasında həmin insanların qanına əli batanlar cəzalarını çəkirlər. Daşların harayı canlandı, çevrildi insana, hüquqa, ədalətə. Günlərdir məhkəmə salonlarında canilərin “Qurandan” (tövbə) don geyindiklərini görəndə adam dəhşətə gəlir. Axı siz, əllərinizdə Kalaşnikovlarla körpələri, kimsəsizləri, qocaları necə qırıb çatdınız, siz necə insansınız, ümumiyyətlə, siz insansınızmı?
Bu arada, Xocalı soyqırımı törədilən tarixdə bizim əhalimizin sayı 7 milyon, Ermənistanda əhali sayı isə 3 milyon idi. Aradan keçən 33 il müddətində bizim əhalimiz 3 milyon nəfər artdı, onların 3 milyon nəfəri isə azalaraq 1 milyona qədər uzaqlaşdı. Bax, bu da ədalətin başqa bir təcəllisi idi.
Nəhayət, 33 il əvvəl Xocalıda öldürülən, qətlə yetirilən daşlaşdı, heykəlləşdi və bir gün odumuzun qalibiyyəti ilə nəfəsə gələrək, üzərindəki illərin yas örpəyini açdı, qalibiyyət imzalı ölkəsinin ədalət simvoluna çevrildi və mühakimə sədarətinin masasında əyləşərək, qalibiyyət adına məğlubiyyətin övladlarını törətdikləri cinayətlərə görə cəzalandırmağa başladı.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri
Fikirlər