6 nəfəri güllələyən şəxsin məmur atası ilə bağlı AÇIQLAMA - Nazirlik təsdiqlədi

 

102721Vergilər Nazirliyi Fəxrəddin Əliyevin işdən çıxarıldığını təsdiqləyib
Fəxrəddin Əliyevin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunması rəsmən təsdiqlənib.
Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin Analitik İnformasiya Mərkəzindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Pərvin Əhmədova həvalə edilib.

Qeyd edək ki, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarə rəisinin köməkçisi anspress-ə açıqlamasında Fəxrəddin Əliyevin işdən azad olunmadığını bildirmişdi.

Xatırladaq ki, dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlər tutulub.
Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi olmuş Fəxrəddin Əliyevin oğludur.






Fikirlər