SABAhın HAVA DURUMU...

Yollar buz bağlayacaq

 "AzerTaym.az"  AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, dağlıq ərazilərdə 17-20° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 5°-dək isti olacaq. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək, yollar buz bağlayacaq, havanın temperaturu gecə 10-15°, gündüz 0-5° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək, yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacaq, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, havanın temperaturunun gecə 7-12°, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20°, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək, yollar buz bağlayacaq. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 1°şaxtadan 4°-dək isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 






Fikirlər