“AZPETROL”un işçisini DÖYƏN idmançı məhkəmədə : “İÇKİLİYDİM”

 


Bakı Apellyasiya Məhkəməsində "Azpetrolun" mühafizəçisini döyən idmançı İsa Əzizovla bağlı məhkəmə prosesinin təfərrüatları məlum olub.
  Virtualaz.org xəbər verir ki, İsa Əzizovun Bakıda olduğu təsdiqlənib və o, məhkəmə qarşısına çıxarılıb.

Hakimin “törətdiyiniz əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İsa Əzizov “bəli” cavab verib. İsa Əzizov yanacaqdoldurma məntəqəsinin işçisini döyərkən içkili olduğunu deyib və bildirib: “Gərək o da məni başa düşəydi”.

İ.Əzizov deyib ki, İqtisad Universitetində oxuduğu üçün barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilməsini xahiş edir.

Hakim İ.Əzizovun barəsində anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, o, 1992-ci ildə Şərur rayonunda anadan olub. Bakıxanov qəsəbəsində yaşayır. 2012-ci ildə quldurluq cinayəti törətdiyi üçün həbs olunub. Barəsində 3 il 6 ay həbs cəzası çıxarılıb. Lakin cəmi 3 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Hakim müşavirədən sonra qərarı elan edib və İ.Əzizovun barəsində çıxarılmış inzibati həbs qərarını qüvvədə saxlayıb. 






Fikirlər