AZƏRBAYCANDA paytaxtdan bölgələrə KÖÇƏNLƏRİN sayı artıb

Son dövrün statistikasına görə, kənd təsərrüfatının və aqrar sektorun inkişafı nəticəsində paytaxtdan bölgələrə əhalinin köçməsi artıb. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aqrar sektor yalnız əhalinin ərzaq təhlükəsizliyini yox, eyni zamanda genişmiqyaslı miqrasiya problemini və işsizliyin aradan qaldırılmasını təmin edir.H.Əsədov bildirib ki, bu sektorun inkişaf göstəricilərindən biri də şəhər əhalisinin kəndlərə köçməsidir. Son statistika bunu deməyə bizə əsas verir.“Hazırda və növbəti illərdə də bizim əsas hədəfimiz bölgələrdə əkin sahələrini genişləndirmək, sakinləri bu sahəyə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər həyata keçirtməkdir. Bununla bağlı hazırda ciddi sənədlər hazırlanır və yaxın vaxtlarda bu sənədlərin imzalanmasının şahidi olacaqsınız”, - deyə nazir vurğulayıb. 






Fikirlər