Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib.
Qəbulda, Mingəçevir, Naftalan şəhər, Yevlax, Goranboy, Ağdaş rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul mart ayının 15-də, saat 12:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. (Ünvan: Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 172)
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in müvafiq regional bölmələrinə müraciət etmələri xahiş olunur.
Bundan əlavə, Mingəçevir, Naftalan şəhər, Yevlax, Goranboy və Ağdaş rayon Təhsil Şöbələrində 07-14 mart 2018-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula yazılmaq istəyənlərin qeydiyyatı aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.