Xəlil Rza ULUTÜRKÜN həyat yoldaşı məhkəmədə İFADƏ VERDİ

Xəlil Rza Ulutürkün həyat yoldaşı məhkəmədə ifadə verdi

Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirli bilinən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Firəngiz Ulutürk ifadə verib.

Zərərçəkmiş bildirib ki, Xalq şairi Xəlil Rza Ulutürkün kitablarını nəşr etdirmək üçün təqsirləndirilən şəxsə 4 min manata yaxın pul verib.

O, dəymiş ziyanın ödənilmədiyini deyib, təqsirləndirilən şəxsdən ziyanın ödənilməsini tələb edib.

İttihama görə, Mirzə Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirmək adı ilə onun həyat yoldaşı Firəngiz Ulutürkü aldadaraq ondan təxminən 4 min manat alıb.

Istintaq araşdırması zamanı təqsirləndirilən şəxsin daha bir neçə nəfərə qarşı dələduzluq etdiyi müəyyən edilib. O, işdə olan digər zərərçəkmişlərə ümumilikdə 100 min manatdan çox ziyan vurub.

Mirzə Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.






Fikirlər