Naxçıvanın yeni daxili işlər naziri Fazil Ələkbərov Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun qudasıdır.
AzerTaym.az xəbər verir ki, Ali Məclis sədrinin oğlu Seymur Talıbov Fazil Ələkbərovun qızı ilə evlidir. (Qaynarinfo.az)
Qeyd edək ki, dünən imzalanan fərmanla nazir postuna gətirilən Fazil Nəriman oğlu Ələkbərov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tuturdu. O, bu posta 2015-ci ilin 18 dekabrında təyin edilmişdi. Fazil Ələkbərov DTX rəisi təyin edilməzdən əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi olub.
Prezident İlham Əliyev 2014-cü ilin 17 martında Fazil Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısı 2016-cı ilin 3 fevralında ona general-mayor ali hərbi rütbəsi verib.