Fransanın qrupu: “ÖLÜM” deyil, amma “ÖLÜ”də...

 Fransanın qrupu: “Ölüm” deyil, amma “ölü”də...

Didye Deşam mənim xatirimdə heç vaxt parlaq futbolçu kimi qalmayıb, baxmayaraq ki, o, komandanın əvəzedilməz kapitanı olub, Fransanın Avropa çempionu olduğu hər iki çempionatda kuboku öncə o, başının üzərinə qaldırıb. Onun rəhbərlik etdiyi Fransa millisində xüsusi irəliləyiş varmı? Yox. 

“Avro-2016"da iştirakçı komandaların sayı 24 olduğu və çempionata sayılı günlər qaldığı üçün qrup haqda çox da geniş məlumat vermək imkanı yoxdur.  Amma çalışacağıq ki,  qruplardakı komandalar haqda ən maraqlı informasiyaları  və əsasən də UEFA-nın rəsmi saytına istinadən sizə çatdıraq. 
Beləliklə, ilk olaraq meydan sahiblərinin təmsil olunduğu A qrupu haqda.   
A qrupu
Fransa
Rumıniya
Albaniya
İsveçrə 
Didye Deşam Antuan Qrizmanna çox ümid edir
Meydan sahibləri kimi çempionata seçmə mərhələdə iştirak etmədən vəsiqə qazanan Fransanın püşk sarıdan bəxti gətirib. İki dəfə Avropa çempionluğunu bayram etmiş (1984 və 2000-ci il) Fransa qrupda təcrübə baxımından da, heyət etibarilə də rəqiblərindən irəlidir. Adi bir fakt: Albaniya ilk dəfədir bu mötəbər turnirə vəsiqə qazansa da, Fransa 15 Avropa çempionatlarının 9-da iştirak edib, 7-ci dəfədir isə dalbadal bu turnirə qatılır. 
Zənnimcə, Fransa uzun müddətdir ki, dünya arenasında ənənəvi “təhlükəli rəqib” imicini itirib. Meydan sahibi kimi bu dəfə onların avantajı daha çoxdur, amma əsl çempionat qrup mərhələsindən sonra başladığını unutmayaq. 
 
80-90-cı illərdə Fransa millisinin oyununu izləyənlər indi bu komandanın baş məşqçisi olan Didye Deşamı yaxşı xatırlayırlar. Didye Deşam mənim xatirimdə heç vaxt parlaq futbolçu kimi qalmayıb, baxmayaraq ki, o, komandanın əvəzedilməz kapitanı olub, Fransanın Avropa çempionu olduğu hər iki çempionatda kuboku öncə o, başının üzərinə qaldırıb. Onun rəhbərlik etdiyi Fransa millisində xüsusi irəliləyiş varmı? Yox.
47 yaşlı Deşam uefa.com saytına müsahibəsində də nostalji hislərə dalıb “həmin illər ”mənim gəncliyimin tarixidir" kimi xatırlayıb. Deşam etiraf edir ki, həmin illər Fransanın heyəti güclü idi.  “1984-cü ildə olduğu kimi, indi də Fransadan meydan sahibi kimi gözləntilər çoxdur. Mən ixtiyarımda olan oyunçularla çempionata köklənməliyəm. İndiki futbolçularla bizim dövrün futbolçuları arasında oxşarlıqlar da  var, çatışmazlıqlar da. İndi futbolçu var ki, meydanda çox oynayır, biri az oynayır, o birinin isə ümumiyyətlə, oyun praktikası yoxdur. Mənim və assisentlərimin əsas işi bütün futbolçuların komanda üçün vacib olmalarını hiss etdirməkdir” deyə, məşqçi bildirib.  
Deşam son vaxtlar barəsində çox danışılan Fransa milisinin gənc ulduzu Antuan Qrizmann haqda da danışıb. Deşam deyib ki, Qrizmann  Braziliyada keçirilən dünya çempionatında yaxşı oyun göstərə bilməyib. “Amma indi Fransa millisi üçün o çox əhəmiyyətli futbolçudur. Qrizmann texnikalıdır və hər iki ayağı ilə oynamağı, müxtəlif oyun vəziyyətlərindən çıxmağı bacarır. Antuan ağıllı və Fransa millisində önəm verilən oyunçulardandır” deyə, Deşam bildirib. 
Fransanın futbol rəhbərliyi komandaya yaxşı mükafat da vəd edib. Qazanılan hər qələbəyə görə hər bir oyunçuya 300 min avro. Finalda məğlub olsalar belə, hər bir futbolçu 250 min avro ala biləcəklər. 
Fransa millisinin heyəti: 
Qapıçılar: Benua Kostil (“Renn”), Huqo Lloris (“Tottenhem”), Stiv Mandanda (“Marsel”)
Müdafiəçilər: Lukas Din (“Roma”), Patris Evra (“Yuventus”), Kristof Jalle (“Lion”), Loren Koselni (“Arsenal”), Eliakvim Manqala, Bakari Sanya (hər ikisi “Mançester Siti”),Samuel Yumtiti (“Lion”), Adil Rami (“Sevilya”)
Yarımmüdafiəçilər: Yohan Kabay (“Kristal Palas”), Lassana Diarra (“Marsel”), N’Qolo Kante (“Lester”), Blez Matyuidi (PSJ), Pol Poqba (“Yuventus”), Moussa Sissoko (“Nyukasl”)
Hücumçular: Kingsli Koman (“Bavariya”), Andre-Pyer Jinyak (“Tiqres”), Olivye Jiru (“Arsenal”), Antuan Qrizmann (“Atletiko”, Madrid), Antoni Marsyal (“Mançester Yunayted”), Dimitri Paye (“Vest Hem”)
Fransada ilk oyununu iyunun 10-da Rumıniyaya qarşı keçirəcək. İyunun 15-də  Albaniya, 19-da isə İsveçrə ilə qarşılaşacaq. 
 
Rumıniyanın da bəxti gətirib   
Rumıniya milli komandasının AÇ ən yaxşı nəticəsi 2000-ci ildə olub. Komanda dörd ən güclü komanda sırasına çıxa bilib. Rumın millisini çempionatlarda  bəxtinin gətirməməsinin əsas səbəblərindən biri kimi  “ölüm qrupu”na düşmələri göstərilir. Bu dəfə rumınlar yəqin şanslarından çox da gileylənməzlər. 2012-ci il  AÇ-də iştirakçı olmayan Rumıniya millisi “Avro-2016"nın seçmə mərhələsində bir dəfə belə uduzmadı. Komandanın çalışdırıcısı Anqela  Yordenesku 1994-cü ildə də komandanı ABŞ-da keçirilən çempionata hazırlayıb. 
Rumıniya millisinin heyəti: 
Qapıçılar: Çiprian Tataru?anu (“Fiorentina”), Kostel Pantilimon (“Uatford”), Silviu Lunq (“Astra”)
Müdafiəçilər: Kristian Sapunaru (“Panduri”), Aleksandru Meçel (“Dinamo” Zaqreb), Vlad Kirikeş (“Napoli”), Valerike Qeman (“Astra”), Draqo? Qriqore (“Əl Sailiya”), Kozmin Moti (“Ludoqorets”), Rezvan Raç (“Rayo Valyekano”), Steliano Filip (“Dinamo” Buxarest)
Yarımmüdafiəçilər:  Nikolae Stançu,  Aleksandru Kipçu, Adrian Popa, Mihay Pintili ( hamısı “Styaua”), Ovidiu Hoban (“Hapoel”), Andrey Prepelita (“Ludoqorets”),  Qabriel Torje (“Osmanlıspor”),  Lusian Sanmartin (“Əl İttihad”)
Hücumçular: Klaudiu Keseru (“Ludoqorets”), Boqdan Stanku (“Gənclərbirliyi”), Florin Andone (“Kordoba”), Denis Alibek (“Astra”)
Albaniya ilk dəfə  və “a”dan başlayır
 
Albaniya ilk dəfədir bu səviyyədə mötəbər turnirə vəsiqə qazanıb ki, bunun üçün italiyalı çalışdırıcı Canni De Byaziyə minnətdar olmalıdır. Maraqlıdır ki, Albaniya UEFA-nın ilk təsisçilərindən biri olsa da, ilk dəfədir ki, bu qurumun bayrağı altında keçirilən Avropa çempionatda çıxış edəcək. Autsayder demək də olar, Albaniyanın AÇ-də çıxışı artıq uğur sayılmalıdır. Sağ əlləri Azərbaycan millisinin də başına. Yeri gəlmişkən, Albaniya millisinə “Qarabağ”ın azarkeşləri daha yaxşı bələddir. Çünki   yekun heyətdə bu klubun  oyunçusu Ansi Aqolli də  yer alıb:
Qapıçılar: Etrit Berişa (“Latsio”, İtaliya), Alban Xoca Partizani (“Partizani”), Orqes Şexi (“Skenderbeu”) 
Müdafiəçilər: Elseid Husay (“Napoli”, İtaliya), Lorik Tsana (“Nant”, Fransa), Arlind Ayeti (“Frozinone”, İtaliya), Merqev Mavray (“Köln”, Almaniya), Naser Aliyi (“Bazel”, İsveçrə), Frederik Veseli (“Luqano”, İsveçrə), Ansi Aqolli (“Qarabağ”, Azərbaycan), Ermir Lenyani (“Nant”, Fransa)
Yarımmüdafiəçilər: Lidian Memuşay (“Teskara”, İtaliya), Eryus Kaçe (PAOK, Yunanıstan), Andi Lila (“Yannina”, Yunanıstan), Mirqyen Başa (“Komo”, İtaliya), Odise Roşi (“Rieka”, Xorvatiya), Burim Kukkeli (“Sürix”, İsveçrə), Taulant Caka (“Bazel”, İsveçrə), Amir Abraşi (“Frayburq”, Almaniya) 
 
Hücumçular: Bekim Balay (“Rieka”, Xorvatiya), Sokol Tsikaleşi (“İsttanbul Byükşəhir Bələdiyyəspor”, Türkiyə), Armandu Sadiku (“Vaduts”, Lixtenşteyn), Şkelzen Qaşi (“Kolorado”, ABŞ) 
İsveçrə daha “rahatlokum” deyil... 
 
UEFA və FİFA qərargahının yerləşdiyi İsveçrə 28 illik fasilədən sonra 1994-cü ildə dünya çempionatına vəsiqə qazandılar və o vaxtdan bəri dünya və qitə birinciliklərində iştirak edirlər. Uzun illər İsveçrə milisi digər komandalar üçün asan xal mənbəyi idi. Amma komandaya ingilis mütəxəssis Roy Conson rəhbərlik etdikdən sonra İsveçrə rəqibləri üçün “rahatlokum ” olmadı. Komanda “Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 10 oyunun 7-sində qalib gəlib, üç heç-heçə edib. İsveçrə qrupda yalnız İngiltərə millisindən geri qalıb.  Millinin baş məşqçisi Vladimir Petkoviç Fransaya bu heyəti aparır: 
Qapıçılar: Roman Byurki (“Borussiya” Dortmund), Marvin Xis (“Auqsburq”), İvon-Landri Mvoqo (“Yanq Boys”), Yan Zommer (“Borussiya” Münhenqladbax)
Müdafiəçilər: Yohan Djuru (“Hamburq”), Niko Elvedi (“Borussiya” Münhenqladbax), Mixail Lanq (“Bazel”), Ştefan Lixtştayner (“Yuventus”), Jak Fransua Mubandje (“Tuluza”), Rikardo Rodriqes (“Volfsburq”), Fabian Şyor (“Hoffenxaym”), Filipp Senderos (“Qrassxopper”), Stiv fon Berqen (“Yanq Boys”), Silvan Vidmer (“Udineze”)
Yarımmüdafiəçilər: Valon Bexrami (“Uotford”), Blerim Cemaili (“Cenoa”), Jelson Fernandeş (“Renn”), Fabian Fray (“Maynts”), Renato Şteffen (“Bazel”), Qranit Caka (“Borussiya” Münhenqladbax) , Denis Zakariya (“Yanq Boys”), Luka Zuffi (“Bazel”)
Hücumçular: Eren Derdiyok (“Kasımpaşa”), Bril Embolo (“Bazel”), Admir Mexmedi (“Bayer” Leverkuzen), Haris Seferoviç (“Ayntraxt” Frakfurt), Şerdan Şakiri (“Stok Siti”), Şani Taraşay (“Qrassxopper”)
***
Bu qrupda Fransanın növbəti mərhələyə keçəcəyi gözlənilir. İkinci vəsiqə uğrunda isə əsas mübarizə Rumıniya və İsveçrə milliləri arasında olacaq. Amma Albaniya sürpriz edərsə necə? Ona görə “proqnozlar yalnız bukmeykerlər kontorlarının cibini  doldurmaq üçündür” deyənlər haqlıdırlar. Qumarı oynayan yox, oynadan udur. Bizə isə əsl futbol və qələbə lazımdır...   






Fikirlər